Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib. ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker haqqında məlumat verdi.
Bütün hüquqlar qorunur © 2023