Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılıb. Boks Mərkəzində təşkil olunan yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Ölkə yarışında Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Orxan Cəbiyevin yetirməsi Arif Oktay oğlu Məcidov 48 kiloqram çəki dərəcəsində uğurlu nəticə göstərib. O, birinciliyin bürünc medalına layiq görülüb. Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Akif AĞAYEV, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bütün hüquqlar qorunur © 2023