Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kolatan kənd stadionunda şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirilib. Mükafatlandırılma mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, kənd ağsaqqalı Allahşükür Zeynalov, veteran futbolçular Çingiz Həşimov, Mirəli Bağırov, əməkdar məşqçi Süfəddin Məmmədov, idman müəllimi Xanəli Gənciyev və Xanhüseyn Musayev çıxış edərək qalib komandaların üzvlərini təbrik edib, turnirin keçirilməsində əziyyəti olan hər kəsə minnətdarlıq bildiriblər. 12 komandanın mübarizə apardığı turnirdə “Kolatan” kənd komandası birinci, “Ərkivan” komandası ikinci, “Kolatan (Veteranlar)” və “Əzizabad” komandaları üçüncü yerə layiq görülüb. Qalib komandalara Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və təşəkkürnamələr, birinci və ikinci yerlərə layiq görülmüş komandalara isə sponsorlar tərəfindən kubok, medal və pul mükafatı verilib. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2023