Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2024-cü il fevral 24-də Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonlarının sakinlərini qəbul edib.
Əvvəlcə nazir Kəmaləddin Heydərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Bütün hüquqlar qorunur © 2024