“Erkən nikahın fəsadları” Masallıda “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Akif AĞAYEV
Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə Masallı Gənclər Evində təşkil edilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, rayon icra hakimiyyətinin nümayəndəsi Aybəniz Novruzova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova, Bioloji Təbabət Klinikası Masallı filialının klinik-psixoloqu Nigar Pənalıyeva erkən nikahın fərdin psixoloji və fizioloji cəhətdən inkişafına mənfi təsirlərindən, fiziki və mənəvi baxımdan inkişafı tamamlanmayan qızların ailənin idarə olunmasında üzləşdikləri çətinliklərdən, həmçinin erkən nikaha məruz qalan qızların təhsildən uzaqlaşması nəticəsində cəmiyyətdən kənar qalmalarından və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar.
Müzakirələrlə davam edən tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün hüquqlar qorunur © 2024