“Biz sağlam həyatı seçirik” Masallıda “Biz sağlam həyatı seçirik” adlı maarifləndirici tədbir keçirilib. Akif AĞAYEV
Qəriblər kənd tam orta məktəbində təşkil edilən tədbir öncəsi ölkəmizin bütövlüyü uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev, rayon təhsil sektorunun nümayəndəsi Azər Eyvazov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev, məktəbin direktoru Şərafət Əliyev şagirdlərə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən, eləcə də bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Diskussiya şəklində davam edən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Bütün hüquqlar qorunur © 2024