Təqvim
Vatikanın yeni səfiri Prezidentin qəbulunda
24 noyabr 2022 - 19:59

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirdi ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O dedi ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.

Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.

Sosial şəbəkələrdə paylaş:
Xersonda mer saxlanıldı 17:45, 29 noyabr 2022
Gülağa Tənha: AZƏRBAYCAN ƏSGƏRİ17:41, 29 noyabr 2022
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi 17:13, 29 noyabr 2022
Paşinyanın qardaşı ağır qəzaya düşdü 17:11, 29 noyabr 2022
İlham Əliyev Tatarıstan Prezidentini qəbul etdi 11:59, 29 noyabr 2022
Luqanskda işğalçıların təyyarələri məhv edildi 11:58, 29 noyabr 2022
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib 11:54, 29 noyabr 2022
Gülağa Tənha: BİLƏR21:35, 28 noyabr 2022
Masallı boksçusu respublika üçüncüsüdür Akif Ağayev +FOTO=320:53, 28 noyabr 2022
13 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi 20:52, 28 noyabr 2022
“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı TƏSDİQLƏNDİ20:51, 28 noyabr 2022
Masallıda mini-futbol turnirinə yekun vurulub Akif Ağayev+FOTO=418:07, 28 noyabr 2022
Prezident AZƏRTAC-a rəhbər TƏYİN ETDİ16:45, 28 noyabr 2022
Ədliyyə Nazirliyinin strukturu DƏYİŞDİRİLDİ16:42, 28 noyabr 2022
Prezident Naxçıvan Dövlət Gömrük Komitəsini LƏĞV ETDİ16:16, 28 noyabr 2022
İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə bağlı fərman İMZALADI 16:14, 28 noyabr 2022
Masallıda çempionla görüş və ustad dərsləri keçirilb Akif Ağayev +FOTO=914:44, 28 noyabr 2022
Gülağa Tənha: MASALLI21:25, 27 noyabr 2022
Gülağa Tənha: LALƏ21:19, 26 noyabr 2022
Azərbaycanda yeni universitet binası tikiləcək - Prezident19:34, 25 noyabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə