Təqvim
Masallı güləşçiləri Bakıdan 6 medalla qayıdıblar
17 yanvar 2024 - 16:20

Masallı güləşçiləri Bakıdan 6 medalla qayıdıblar 

 

Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yunan-Roma güləş bölməsinin yetirmələri azyaşlı yaeniyetmələr arasında Aslanov Güləş Akademiyasının təşkil etdiyi açıq birincilkdə uğurlu nəticələr göstəriblər.
Birincilik Bakı şəhəri, Xırdalan qəsəbəsindəki “Zirvə” idman klubunda keçirilib.
15 komanda tərkibində yarışlara qatılan güləşçilər 12 çəki dərəcəsində mübarizə aparıblar.
Masallı yunan-romaçılarından Yunus Əliyev (53 kq) ikinci, Kənan Hacıyev (53 kq) üçüncü, Meybulla Zeybullayev (35 kq) ikinci, Mustafa Əliyev (29 kq) üçüncü, Adəm Əliyev (26 kq) və Aydın Əliyev (23 kq) ikinci yerə layiq görülüblər. 
Mükafatçılar müvafiq dərəcəli medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, idmançıları yarışlara Masallı UGİŞM-nin məşqçi-müəllimləri Soltan Nəzərov və Rafael Həsənov hazırlayıb. 

 

Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə