Təqvim
Voleybol Federasiyasının prezidenti Masallı məktəblilərinin yarışlarını izləyib
26 dekabr 2023 - 21:14

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş voleybol üzrə Masallı rayon turniri keçirilib 

 

Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəblilər arasında voleybol turniri keçirilib.
Dekabrın 26-da Masallı Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar öncəsi Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
İdman tədbirində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Dövlət Kömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Masallı voleybol məktəbinin ölkə idmanına verdiyi töhfələri diqqətə çatdırıb, yeniyetmə idmançılara tövsiyələrini verib, məşqçi-müəllimlərə və yetirmələrinə uğurlar arzulayıblar. 
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun müdiri Sabiq Cahangirov, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov idmançıların yarışlarda əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.
Bildirilib ki, yarışların keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mahiyyəti barədə məktəblilərin daha dolğun məlumatlandırılması, rayonda voleybol idman növünün kütləviliyinin artırılması, perspektivli idmançıların aşkarlanması, rayon yığma komandasına yeni üzvlərin cəlb edilməsi, sağlam həyat tərzinin təbliğidir.
Gərgin və maraqlı mübarizəs şəraitində keçən yarışların yekun nəticəsinə əsasən S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası birinci, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin komandası ikinci, C.Kazımov adına Qodman kənd tam orta məktəbin komandası isə üçüncü yerə sahib olub.
Qalib komandalara təşkilat komitəsinin müvafiq dərəcəli diplomları təqdim olunub.

 

Akif AĞAYEV


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə