ABŞ-da 27-ci dəfə "Mega Millions" lotoreyası keçirilib. "Bİ" xəbər verir ki, dünən gecə 1.6 milyard dollarlıq uduş 5, 28, 62, 65, 70 rəqəmlərinə çıxıb. Şanslı nömrənin sahibinin Cənubi Karolinadan olduğu açıqlanıb. 2016-ci ildəki 1.56 milyard dollarlıq uduşdan sonra dünyada bu qədər yüksək uduşlu bir lotoreya oyunu olmamışdı. Beləliklə, dünən axşam bu rekord 1,6 milyard dollar ilə qırılmışdır. ABŞ-ın vergi qanunlarına görə, 6 rəqəmini doğru bilən adam, mükafatı istəsə vergisini ödəyəndən sonra birdəfəyə ala bilər. Bu halda, 1.6 milyard dollar qazanan şanslı şəxs istəsə vergini ödəyərək 904 milyon dolları əldə edə bilər. Təqdim olunan başqa bir variant isə uduşunu daha aşağı vergi nisbətilə 21 ildə tədricən almaqdır.
Ancaq şanslı insanın kimliyi hələ bilinmir. ABŞ mətbuatı indi yeni milyarderi axtarır.
Bütün hüquqlar qorunur © 2024