Təqvim
“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq...
08 iyun 2023 - 20:01

“WhatsApp”da yeni funksiya: Teleqram kimi olacaq...
 

“WhatsApp” messencerində yeni funksiya yaradılıb.

CAN VƏTƏN xəbər verir ki, istifadəçilər artıq messencerdə kanallar yarada biləcəklər.

Kanallar xəbərləri izləməyə imkan verəcək. Funksiya ilkin olaraq Kolumbiya və Sinqapurda istifadə ediləcək, yaxın aylarda isə digər ölkələrdə aktivləşdiriləcək.

Messencerdə kanalların adminləri izləyicilərə məzmun göndərə biləcək. Kataloq axtarışı və ya dəvət vasitəsilə istənilən kanalı tapmaq mümkün olacaq. Abunəçilər adminin telefon nömrəsini və ya profil şəklini görməyəcəklər. Heç kim istifadəçinin hansı kanallara abunə olduğunu görə bilməyəcək və abunəçi telefon nömrələri administratorlar da daxil olmaqla kanaldakı hər kəsdən gizlədiləcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə