“Mançester Siti”nin hücumçusu Erlinq Holand qitənin ən məhsuldar oyunçusu olub. Bəzi ölkələrdə çempionatların bitməməsinə baxmayaraq, nəzəri cəhətdən kiminsə onu keçməsi mümkündür. Ancaq “Marca” nəşri Premyer Liqada vurduğu 36 qolla 72 xal toplayan norveçli forvardı mükafatın sahibi elan edib. “Tottenhem”də 30 qol vuran Harri Keyn 60 xalla ikinci olub. PSJ-nin futbolçusu Kilian Mbappe 29 qolla 58 xal toplayıb və 3-cü olub. Son iki mövsümdə “Qızıl buts”u hazırda “Barselona”da çıxış edən Robert Levandovski qazanıb.“Qızıl buts”un sahibi məlum oldu - FOTO
Avropanın milli liqalarında ən çox qol vuran futbolçuya verilən “Qızıl buts”un sahibi müəyyənləşib.
Bütün hüquqlar qorunur © 2024