Təqvim
Masallıda “Şanlı tariximiz” adlı tədbir keçirilib Akif Ağayev, +FOTO=4
20 sentyabr 2022 - 18:52

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi Ərazi Partiya Təşkilatı ilə birgə 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı “Şanlı tariximiz” adlı tədbir keçirib.

Tədbirdə YAP rayon təşkilatının nümayəndəsi Eldar Kazımov, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət işçiləri və GİKM-in Masallı nümayəndəliyinin gəncləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb.

YAP rayon təşkilatının məsləhətçisi Eldar Kazımov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib: “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə – Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilanda törətdiyi qanlı təxribat əməllərinə Silahlı Qüvvələrimiz tərəfindən anındaca və yerindəcə cavab verildi. Təxribatların qarşısını alarkən şəhidlər versək də, onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq...”

Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə məruzəsində Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb.

Tədbirin yekununda Masallı rayon Şərəfə kəndindən olan şəhid Nurlan Əbilovun azyaşlı övladı Amin Əbilov “Ata” şeirini səsləndirib.

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallının təhsil işçisi “Əməkdar müəllim” fəxri adına layiq görülüb Akif Ağayev, +FOTO21:43, 05 oktyabr 2022
İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ15:40, 05 oktyabr 2022
Gülağa Tənha: VƏTƏN YARALANMASIN15:33, 05 oktyabr 2022
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Milli Şəhərsalma Forumun açılış mərasimində iştirak edirlər +FOTO15:30, 05 oktyabr 2022
“Zərərli vərdişlərdən imtina” – Masallıda maarifləndirici seminar Akif Ağayev +FOTO=415:26, 05 oktyabr 2022
Masallıda Teymur Bayrəməlibəyovun büstünün açılışı Akif Ağayev, +FOTO=413:46, 25 sentyabr 2022
Gülağa Tənha: BİRİ SƏNSƏN, BİRİ DƏ MƏN20:05, 24 sentyabr 2022
Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək 23:37, 23 sentyabr 2022
Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək 23:34, 23 sentyabr 2022
İsraildə erməni təxribatlarına etiraz edildi 23:33, 23 sentyabr 2022
Gülağa Tənha: «GECƏNİ ƏYNİNƏ GEYİNMİŞ AYAM…»14:07, 23 sentyabr 2022
NADİR AĞAYEV – 87 Akif Ağayev, +FOTO=1511:26, 23 sentyabr 2022
Gülağa Tənha: QƏLƏMİM17:55, 22 sentyabr 2022
Onlar Putinin qohumu ilə dəyişdirildilər 17:49, 22 sentyabr 2022
Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər 17:47, 22 sentyabr 2022
Sürücülük imtahanları belə təşkil ediləcək 17:45, 22 sentyabr 2022
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi 17:42, 22 sentyabr 2022
Gülağa Tənha: NƏRGİZİM22:21, 21 sentyabr 2022
Nijni Novqorod - Yerevan təyyarəsində sərnişin öldü 22:19, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib +FOTO=522:15, 21 sentyabr 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə