Masallıda, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri üçün ehsan süfrəsi təşkil edilib. Məclisdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəl Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məclisdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov və başqaları şəhidlərimizin qəhrəmanlığından danışaraq, tədbirin mahiyyəti haqqında fikir bildiriblər. Bildirilib ki, tədbiri keçirilməsin məqsəd şəhid ailələrinin mütəmadi olaraq diqqət mərkəzində saxlanılması, onlara lazımi qayğının göstərilməsidir. Məclisdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Şəhid ailələrinin üzvləri Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq bildiriblər. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2024