"Masallı Təhsil Fondu"nun təşəbbüsü ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinə qəbul olan, eləcə də ötən dərs ilini ali məktəblərdə uğurla başa vuran tələbə qızlarla görüş keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Qərəmanlar parkındakı Şəhidlər abidə komleksini ziyarət ediblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tələbələri təbrik edərək Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini qeyd edib: “Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyil. Masallılı tələbə qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”nun apardığı məqsədyönlü iş sayəsində həyata keçirilir. Bildirilib ki, "Masallı Təhsil Fondu" Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Fondun yarandığı üç il ərzində aztəminatlı ailələrdən olan 160 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 87 tələbənin təhsil haqqı, 73 nəfər tələbə qıza təqaüd verilib. Şəhid övladlarına 200 manat, digər tələbələrə 100 manat təqaüd verilir. RİH başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov Məmmədov qızlara təhsildə və gələcək müstəqil həyatlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar. Şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, şəhid Anar Novruzovun qızı Firuzə Novruzova və digər tələbələr gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq bildiriblər. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2024