Təqvim
Masallı RİH başçısının təhsil işçilərilə görüşü Akif Ağayev, +FOTO=5
10 sentyabr 2022 - 21:37

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında böyük imkanlar açır: “Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır...”

Təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışan rayon rəhbəri dövlət başçısının təhsilə, millətin gələcəyi olan gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib: “2021-2022-ci tədris ili başa çatıb. Yeni dərs ilində sizlərə və rəhbəri olduğunuz kollektivə düzgün mövqe tutmağı, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəsə işinə məsuliyyətlə yanaşmağı arzu edirəm. Bu görüş bizim ilk tanışlıq görüşümüz olmaqla yanaşı həm də məktəblərdə şagirdlərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin təhlililə əlaqədardır. Yeni dərs ilindən zəif nəticəsi olan məktəblərin rəhbərləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində bütün qüvvələri səfərbər edilməlidir. Bir sözlə, nöqsanlar aradan qaldırılmalıdır...”

Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov məlumat verib ki, hazırda rayon üzrə təhsil sektorunun strukturuna 95 ümumi təhsil məktəb, o cümlədən 66 tam orta, 26 ümumi orta, 3 ibtidai məktəb, 2 məktəbdənkənar və 17 məktəbəqədər təhsil müəssisəsi daxildir.

Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin direktoru İlham Ağayev, Qızılavar kənd Ə.Mirzəyev adına tam orta məktəbin direktoru Lətifə Qənbərzadə və başqaları qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.

 

Akif AĞAYEV.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə