Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Şəxsiyyət tipləri” mövzusunda görüş keçirilib. Görüşdə GİKM-in Masallı nümayəndəliyinin əməkdaşları, könüllülər və gənclər iştirak edib. “Gələcəyimiz” layihəsi çərçivəsində həyata keçirilən seminar zamanı “Hansı şəxsiyyət tipləri mövcuddur?”, “Yaşadığımız cəmiyyətin şəxsiyyət tipinin formalaşmasına təsiri”, “Şəxsiyyət tipində genetikanın rolu”, “Formalaşma dövrü”, “Biz hansı şəxsiyyət tipinə aidik?” mövzuları ətrafında müzakirələr aparılıb. Layihənin məqsədi gənclərin asuda vaxtlarının səmərəli təşkili, onlarda özünü təqdimetmə və ünsiyyət bacarıqlarının formalaşdırılması, həmçinin sosiallaşmanı həyata keçirməkdir. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2024