Təqvim
Qadın anasının qatilinin evinə gəlin köçdü
07 sentyabr 2022 - 14:19

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 23-ü H.Z.Tağıyev qəsəbəsində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanı qətlə yetirən qonşusu, 1993-cü il təvəllüdlü Ağabəy Atabalayevə hökm oxunub.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, qonşu qadını 42 bıçaq zərbəsi ilə, xüsusi amansızlıqla qətlə yetirən gəncə 17 il müddətinə həbs cəzası verilib.

Məhkəmə prosesində məlum olub ki, A.Atabalayevin valideynləri 2009-cu ildə vəfat edib. Bundan sonra o, kiçik qardaşları ilə birgə evlərində yaşamağa davam edib. Bir müddət sonra qonşuluqda yaşayan Sevil Abdullayevanın həyat yoldaşı da vəfat edib.

Ağabəy Atabalayev ifadəsində bildirib ki, Sevilin əri vəfat etdikdən sonra onunla münasibətini kəsib:

"Buna səbəb Sevilin mənə böhtan atmağa meyl etməsi, düzgün həyat sürməməsi idi. 2021-ci ilin may ayında Sevil evlərimizin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağladı, it isə evə gedib-gəlməyimə, həyətdə iş görməyə mane olurdu.

Həmçinin kiçik qardaşımın Sevilin qızı ilə münasibəti var idi. Qardaşıma demişdim ki, Sevilə itini çəpərə bağlamamasını tapşırsın. Həmin vaxt Sevil bizi eşitdiyi üçün yaşadığı evin pəncərəsindən mənə nalayiq ifadələr işlədərək həyətinin istənilən yerinə itini bağlayacağını dedi. Daha sonra bizim evin həyətinə gələrək sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və söyüş söyməyə başladı. Həmin vaxt çox əsəbiləşdim, Sevili döymək istədim, lakin qardaşımla əmim oğlu Sevili tutub həyətdən çıxarıb evinə apardılar.

Əsəbimdən telefonumu yerə çırparaq sındırdım. Sevillə qızı arasında da münasibətlər yaxşı deyildi, tez-tez evdə dalaşırdılar. Hər dəfə də qardaşımı evinə çağırıb qızı ilə münasibətini düzəltməsini istəyirdi. Qardaşımın onların arasında olan mübahisələrə daxil olması məni çox narahat edirdi, bu səbəbdən ona Sevilin evinə getməməyi və onların arasındakı mübahisələrə qarışmamasını deyirdim".

Araşdırmalar zamanı məlum olub ki, Ağabəy Atabalayev qonşuluqda yaşayan qadınla baş verən mübahisələr barədə bibilərinə danışıb və hadisədən əvvəl onun bibiləri evə gələrək Sevil Abdullayeva ilə mübahisə ediblər. Sevil isə Ağabəyə baş verənlər barədə bibilərinə danışmasını irad bildirib və onun vəfat etmiş anasının ünvanına nalayiq ifadə işlədib. Bundan sonra Ağabəy evdə heç kimin olmadığı vaxt S.Abdullayevanın yaşadığı mənzilə daxil olaraq özü ilə gətirdiyi bıçaqla ona 42 dəfə zərbə endirməklə qətlə yetirib.

O da məlum olub ki, hadisədən bir neçə ay sonra hadisəni törədən şəxsin qardaşı R.Atabalayevlə qətlə yetirilmiş Sevil Abdullayevanın qızı ailə qurub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə