Masallıda idmançılarla ideoloji-maarifləndirici görüş Akif Ağayev, +FOTO=8

Təqvim
Masallıda idmançılarla ideoloji-maarifləndirici görüş Akif Ağayev, +FOTO=8
01 sentyabr 2022 - 18:44

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması ilə əlaqədar tədbirlər davam edir.

Sentyabrın 1-də, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan təbliğat qrupu tərəfindən rayonda bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsi, gənclərin idmana həvəsinin artırılması və zərərli vərdişlərdən yayınması mövzusunda yeniyetmə və gənc idmançılarla ideoloji-maarifləndirici görüş keçirilib.

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində rayon idman ictimaiyyətinin, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunan tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıb. O, qeyd edib ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin formalaşması, onların asidə vaxtlarının səmərəli təşkili, gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacib olan idmanın kütləviliyi və sağlam həyat tərzinin təbliğidir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəlməsi, gənclərin torpağa, Vətənə bağlılıq, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişməsi məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Necə ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli ordumuz və qəhrəman əsgərlərimzin sayəsində qazandığımız, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərimizə gənclərimizin fədakarlığı ilə nail olduq...”     

Sağlam gələcəyimiz naminə sağlam cəmiyyətin dövlətimizin strateji məqsədi olduğunu diqqətə çatdıran Seyfəddin Əliyev idmanın hər bir insanda Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətləri tərbiyə etdiyini gündəmə gətirib.    

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanın yeni mərhələyə qədəm qoyduğunu, yeni zirvələr fəth etdiyini, o cümlədən Masallı idmançılarının bu il respublika və beynəlxalq yarışlarda qazandığı uğurlar barədə məlumat verib.  

Respublikanın Əməkdar məşqçisi Xanağa Quliyev qalib Azərbaycanın məğrur gənclərinin idman arenalarındakı silsilə qələbələri ilə yanaşı 44 günlük Vətən müharibəsində göstərdikləri şücayətdən danışıb.

«Azinfo.az» xəbər portalının rəhbəri Rauf Cəbiyev, Kolatan kənd tam orta məktəbinin direktor müavini Şəhriyar Bayramov yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması yönümündə təbliğatın, bu cür maariflənirici görüşlərin önəmliyini vurğulayıblar.

Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırıb.

 

Akif AĞAYEV,

MASALLI.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə