Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı “Kişilər Gender Bərabərliyi Uğrunda - Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Kişilər bərabərlik üçün danışır” adlı seminar keçirilib. Gender eksperti Cavid İmamoğlu və fəlsəfəşünas Təbriz Qasımovun təqdimatında keçirilən seminarda “Cəmiyyətdə gender bərabərliyinin təmin olunması”, “Gender problemləri”, “Qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması”, “Gender bərabərliyində 3D modulu”, “Gender əsaslı zorakılıq”, “Gender və cins”, “Cinslər arası münasibətlər”, “Qadın və kişilərin hüquqları”, “Düşüncə və davranış” kimi mövzulardan bəhs edilib. Müzakirə formatında keçən seminar zamanı iştirakçılar sadalanan mövzular ətrafında fikirlərini səsləndirib, gender problemlərinin aradan qaldırılması yollarından danışıblar. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2024