Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı məktəblərinin məzunları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb Akif Ağayev, +FOTO=8

Təqvim
Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı məktəblərinin məzunları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb Akif Ağayev, +FOTO=8
30 avqust 2022 - 20:53

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan (2021-2022-ci tədris ilində) məzunların mükafatlandırma mərasimi keçirilib.

 

Avqustun 30-da, Lənkəran şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun (600 baldan yüksək nəticə göstərən 68 məzun, Respublika Fənn Olimpiadalarında qalib olmuş 24, orta məktəbi qızıl medalla bitirən 2, gümüş medalla bitirən 5 şagird, ABŞ-ın nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 şagird) iştirak edib.

 

Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, müvafiq rayonlar üzrə sektor müdirləri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin rəhbərləri, media təmsilçiləri iştirak edib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tədbiri açıq elan edib.

 

Çıxış edənlər məzunlara yeni müvəffəqiyyətlər arzulayıblar.

 

Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara, Respublika Fənn Olimpiadasının qaliblərinə müxtəlif hədiyyə və təltifnamələr təqdim olunub.

 

Tədbir bədii hissə ilə davam edib.

 

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə