Hüseynbala Mirələmov 25 il saxta səslə deputat oldu, bu cəmiyyət dinmədi. Saxta bir yazıçı oldu, bu cəmiyyət dinmədi. Onu dərsliyə saldılar, heç kim dinmədi. Alim oldu, professor oldu, cəmiyyət dinmədi. Qaz emalı zavodonun direktoru oldu, yedi, dağıtdı, çapdı, taladı, restoranlar açdı, mülklər aldı, cəmiyyət dinmədi, axırda bir qız əllədi, hamı onu linç elədi. Bu qədər şeylərin qabağında Hüseybalanın bir qadının arxasına əl atmağı bəlkə də, onun həyatında ən yaxşı, içində cinayət tərkibi olmayan yeganə işi idi. Amma insanlar məhz buna görə onu məhv elədi. Ağıllı adamlardan soruşuram, adam belə bir cəmiyyəti necə ciddiyə alsın, onun dəyər hesab etdiyi şeylərə necə hörmət etsin?
Bütün hüquqlar qorunur © 2024