İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər təcili olaraq vəzifələrindən azad edilirlər. Bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abrahamyan özünün “Facebook” hesabında yazıb. Abrahamyanın sözlərinə görə, Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında baş tutub. Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra 2021-ci ilin qışında Ermənistandan çağırışçılar Qarabağa göndərilməyib. Abrahamyan vurğulayıb ki, 2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan ermənilərin Qarabağdakı son dəstələrinin Azərbaycanın tələbi ilə vaxtından əvvəl tərxisetməsi həyata keçirilir.
Bütün hüquqlar qorunur © 2024