Rusiyanın Yekaterinburq şəhərində bağlı mənzildə iki meyit tapılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Heyvan hüquqları müdafiəçiləri qeyd ediblər ki, mənzildə ölülərlə yanaşı iki həftə ərzində ev sahiblərinin cəsədlərini yeyən doqquz ev heyvanı olub. "İlkin məlumatlara görə, ölümlə bağlı kriminal əlamətlər yoxdur. Vətəndaşların ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizaları zamanı aydınlaşdırılacaq", - deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir. Qeyd edilir ki, Malışeva küçəsindəki mənzildə 1960-cı il təvəllüdlü kişi və 1967-ci il təvəllüdlü qadın meyiti tapılıb. "Zoodor" Heyvanları Xilasetmə Xidmətindən bildirilib ki, mənzildə ev sakinləri ilə yanaşı ən azı iki həftədir ki, ölən sahiblərinin cəsədləri ilə qidalanan üç it və altı pişikdən ibarət doqquz ev heyvanları da olub.
Bütün hüquqlar qorunur © 2024