Açıq göyə həsrətdi,
Nəyə, niyə həsrətdi?
Boz tüstüyə həsrətdi
Daxmaların bacası.
Cana qada salırdı,
Canı oda salırdı,
Ömrü yada salırdı
Dərdin ağrı-acısı…
Qaralar bağlayırdı,
Ürəklər dağlayırdı,
Dil deyib ağlayırdı
Daş – şəhidin bacısı.
…Döyüş təkəri üstə
Aylar ilə dönürdü.
Qışlağın çeşmələri
Ağlar dilə dönürdü.
Bir gündə neçə əfqan
Ya dost,
ya «duşman» kimi
son mənzilə dönürdü.
Bütün hüquqlar qorunur © 2024