Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Havzava kənd sakini Azər Fərəcov saxlanılıb. Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 10 kiloqramdan artıq olan 61 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə həmçinin 3 rayon sakininin də həyətyanı sahəsindən kultivasiya yolu ilə becərilmiş ümumilikdə 16 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün hüquqlar qorunur © 2024