Masallı rayonunun Ərəb kəndində yaşayan 12 yaşlı qızın 60 yaşlı həmkəndlisi tərəfindən zorlanması iddiası yenidən qaldırılıb. Təcavüz olunduğu deyilən azyaşlının valideynindən birinin müraciəti əsasında DİN yenidən araşdırmalara başlayıb. Qeyd olunur ki, 60 yaşlı Hacıyev Niftullanın 12 yaşlı qızı iki dəfə zorlaması xəbəri cari ilin aprel ayında DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev tərəfindən təkzib edilib. O bildirib ki, sözügedən iddia öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı Masallı rayon Prokurorluğunda başlanan araşdırmanın nəticələri isə hələ açıqlanmayıb.
Bütün hüquqlar qorunur © 2024