Ukrayna parlamenti mediada rus musiqisindən istifadənin qadağan olunmasının lehinə səs verib. Ukrayna parlamenti rus ədəbiyyatı və musiqisinə məhdudiyyət qoyan iki qanun qəbul edib. Qanunlardan birinə əsasən rus vətəndaşları Ukrayna vətəndaşlığına keçmədikləri müddətcə kitab nəşr etdirmələrinə icazə verilməyəcək. Bu qadağa 1991-ci ildə SSR-nin süqutundan sonra Rusiya vətəndaşlığına sahib olanlar üçün keçərlidir. Digər qanunda isə 1991-ci ildən sonra Rusiya vətəndaşlığına sahib olan insanların mediada musiqi yayımlaması qadağan ediləcək. Ukrayna Mədəniyyət naziri Aleksandr Tkaçenko bu qərardan çox şad olduğunu qeyd edib.
Bütün hüquqlar qorunur © 2025