Təqvim
Gülağa Tənha : Əminliklə deyə bilərəm ki, indi Heydər Əliyevin ruhu şaddır
17 iyun 2022 - 21:47

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlməsi, müstəqil dövlətin formalaşdırılması və inkişaf etdirilməsi baxımından addımlar atması, dövlət təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu, Qarabağ münaqişəsinin həlli baxımından da həlledici faktorun həyata keçirilməsi deməkdir. Görkəmli dövlət xadiminin ayrı-ayrı qruplara məxsus olan həvəskar batalyonları ləğv edərək vahid komandanlığa tabe olan mütəşəkkil, nizamlı ordu yaratması müstəqil dövlətin hərb siyasətinin qətiyyətlə həyata keçirilməsini təmin etmişdir.
Heydər Əliyevin start verdiyi və strategiyasını müəyyən etdiyi İpək yolu layihəsi beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə nəticələnmişdir. Bir qədər sonra ölkəmizin ərazisində yaradılmış müxtəlif nəqliyyat dəhlizləri Heydər Əliyevin İpək yolu strategiyasının töhfələridir. Məhz Heydər Əliyevin İpək yolu strategiyası Azərbaycanın qədim İpək yolunu bərpa edərək beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmasına şərait yaratmışdır.
Ümummilli Lideriin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı iqtisadi, siyasi və mənəvi sahələrdə uğurlu nəticələr əldə etməyə imkan verməsi Vətənimizin inkişafına müsbət təsirini göstərdi. Heydər Əliyevin mənalı və məzmunlu ömür yoluna nəzər saldıqda görürük ki, Ulu Öndər öz xalqının və dövlətinin ən çətin anlarında yanında olmaqla göstərdiyi misilsiz xidmətləri ilə seçilən dahi insanlara xas olan xüsusiyyətlərə malik bir şəxsiyyət olmuşdur. Dahilərin böyüklüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il oktyabrın 1-də doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Şübhə etmirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən gələcək və Azərbaycan Respublikası bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yoluna bundan sonra da uğurla davam edəcək.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun da müstəsna payı var. Yarandığı ilk gündən fonda uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələr də ilk növbədə məhz milli genefondun, milli-mənəvi irsin qorunmasını hədəfləyir. Ölkənin birinci xanımı Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması işinə misilsiz töhfələr verməklə milli dəyərlərimizin himayədarı kimi şöhrət qazanmışdır. Mehriban xanım xeyirxahlığı, nəcibliyi çoxşaxəli ictimai-siyasi fəaliyyəti, ölkəmizi beynəlxalq miqyasda ləyaqətlə təmsilçiliyi ilə Azərbaycan xalqının sevimlisinə və qadınların örnəyinə çevrilmişdir.
Əminliklə deyə bilərəm ki, indi Heydər Əliyevin ruhu şaddır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev onun arzularını həqiqətə qovuşdurub, ata vəsiyyətinə əməl edib, azğın düşmənin cavabını verərək şəhidlərimizin qanını yerdə qoymayıb. Bütün bu inkişaf, uğurlar isə Heydər Əliyev ideyalarının təntənəsi kimi dəyərləndirmək olar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə