Ukrayna Silahlı Qüvvələri Donbassda 3 kəndi Rusiya işğalçılarından azad edib və cəbhə xəttində 15 km irəliləyib. Bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması feysbukda bildirib. “Cəbhədə düşmən artilleriyası bir dəqiqə də dayanmır. Amma düşmənin say üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçılara xeyli itki verir. Donbassda müəyyən istiqamətlərdə Ukrayna Silahlı Qüvvələri nəinki özünü müdafiə edir, həm də tədricən irəliləyir”, - bəyanatda deyilir. “Beləliklə, bu yaxınlarda əsgərlərimiz Donetsk vilayətində 3 kəndi azad edərək cəbhənin bir hissəsində 15 km irəliləyiblər”, - məlumatda deyilir.
Bütün hüquqlar qorunur © 2025