Təqvim
Moskvanın baş ravvini Ukraynaya görə ölkəni tərk etdi
08 iyun 2022 - 17:12

Moskvanın baş ravvini Pinxas Qoldşmidt Rusiyanı tərk edib.

Bu barədə məlumatı jurnalist və ravvinin gəlini Avital Çijik-Qoldşmidt açıqlayıb.

Məlumata görə, ravvindən ölkə rəhbərliyi tərəfindən Ukraynadakı müharibəni ictimai şəkildə dəstəkləmək tələb olunub və bu məsələ ilə bağlı ona təzyiq göstərilib. Avital Çijik-Qoldşmidtin sözlərinə görə, Pinxas Qoldşmidt bunu etməkdən imtina edib.

Bildirilir ki, baş ravvin və həyat yoldaşı Dara ilk olaraq ukraynalı qaçqınlara pul toplamaq məqsədilə ilk olaraq Macarıstana yollanıb. Bunun ardınca isə ailə İsrailə gedib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə