Rusiya öz qoşunlarını Ukraynanın dövlət sərhədi boyunca Belarus Respublikası ərazisində saxlayır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Rusiya Silahlı Qüvvələrinin Belarus ərazisində yerləşən bölmələri "İsgəndər-M" operativ-taktiki raket kompleksləri, "Pantsir-C1" zenit-raket kompleksləri, S-400 zenit-raket kompleksləri və operativ-taktiki təyyarələrlə təchiz olunub. Bundan əlavə, Rusiya Federasiyası Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin etməkdə davam edir. Sərhəd rayonlarında Ukraynanın Çerniqov və Sumı vilayətlərinin yaşayış məntəqələrinin mülki infrastrukturunu atəşə tutan düşmənin ayrı-ayrı bölmələri var", - deyə hssabatda bildirilib.
Bütün hüquqlar qorunur © 2024