Təqvim
Yunanıstan Türkiyə ilə sərhəddəki polad divarı 80 km uzatmağa qərar verdi
31 may 2022 - 20:20

Afina administrasiyası Evros çayının quru sərhədində inşa etdiyi 40 kilometrlik polad hasarın 120 kilometrə qədər uzadılmasına qərar verib.

Əlavə olaraq 80 kilometr və 5 metr hündürlüyündə polad hasarın tikintisinə başlayan Yunanıstan Avropaya qanunsuz girmək istəyən miqrantların qarşısını almaq üçün əlavə tədbirləri əsas gətirərək, üzvü olduğu Avropa İttifaqından (AB) maliyyə dəstəyi tələb edib.

AB isə bu məqsədlə belə maliyyə dəstəyi nəzərdə tutan heç bir qanunvericilik olmadığı ilə bağlı açıqlama verib.

AB indiyədək Yunanıstan da daxil olmaqla 12 üzvünün eyni məqsədlə tələb etdiyi maliyyə dəstəyini ittifaqın miqrantlara ayrılan maliyyə dəstəyi layihələrini azaldacağı səbəbi ilə rədd edib.
Yunan hökuməti 40 kilometrlik hasarı 120 kilometrə qədər uzatmaqda qərarlıdır.

Yunanıstanın miqrasiya naziri Notis Mitarakis uzadılacaq polad hasarın tikintisinin dəyəri ilə bağlı heç bir məlumat verməyib. Lakin bu məbləğin 200 milyon avrodan çox olduğu düşünülür.

Yunanistan tərəfi bu tədbirlərin Türkiyədən gələ biləcək mümkün miqrant keçidi təşəbbüslərinə qarşı görüldüyünü bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə