Təqvim
Əli Əsədov: "Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir"
20 may 2022 - 18:26

Bakı İrəvanın Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini gözləyir.

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB ölkələrinin hökumət başçılarının iclasında deyib.

"Üçtərəfli işçi qrupları çərçivəsində keçirilən görüşlərə baxmayaraq, üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq nəzərdə tutulduğu kimi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında heç bir irəliləyiş yoxdur", - deyə o bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə