Tanınmış blogger və rejissor Armen Qriqoryan ermənilərin ləyaqətini açıq şəkildə alçaltması əsas göstərilərək saxlanılıb.
Bu barədə Ermənistanın Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Qriqoryan müsahibələrinin birində Şirak və Ararat rayonlarının sakinlərinin milli ləyaqətini alçaldıb, onların milliyyətini şübhə altına alıb. Artıq məhkəməyə Qriqoryanın həbsi ilə bağlı vəsatət verilib.
Qeyd edək ki, Armen Qriqoryan Azərbaycana qarşı çıxışları və rusiyayönlü mövqeyi ilə tanınır.
Bütün hüquqlar qorunur © 2022