Təqvim
Abşeronda eşşək ferması yaradılıb, südü satılır - QİYMƏTLƏR
23 oktyabr 2018 - 09:15

Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır. 

Artıq  sosial şəbəkələrdə “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.

Elanla bağlı adıçəkilən qurumla əlaqə saxlanıb. Ümid adlı şəxs bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: “Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.

Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk.

Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər".

Qida Təhlükəsizliyi Agentliyi qəzetə bildirib ki, həmin fermanın mövcud olub-olmaması, istehsal etdiyi məhsulla bağlı məsələ aydınlaşdırılıb, tezliklə açıqlama veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, ölkəmizdə eşşək südünün satılması yolverilməzdir: “Bunun əleyhinəyəm. Avropanın, Afrikanın ən əcaib ənənələri artıq Azərbaycana da gəlir. Çox təəssüflər olsun ki, son vaxtlar eşşək ətinin, südünün lobbisini, təbliğatını aparan insanlar peyda olub və mən bunu anormallıq hesab edirəm”.

E.Hüseynov deyib ki, ölkəmizdə istehlakçı istədiyini yeyə bilər, qanun bunu qadağan etmir, yəni istehlakçı seçimində azaddır: “Lakin bu o demək deyil ki, İslam ölkəsi olan Azərbaycanda bu cür ət və süddən istifadə olunsun. 
Düşünürəm ki, ölkəmizdə  belə bir fermanın yaradılması doğru deyil".

Amma təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsədin sözlərinə görə, eşşək südünün faydası misilsizdir: “Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Bu səbəbdən qardaş Türkiyədə eşşək fermaları yaradılıb, onun südünün istehsalı aparılır. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir”.

Seyfəddin həkim Bakıda eşşək fermasının yaradılmasını təqdir etdiyini dedi: “Çünki insanlar bu südü əldə etməkdə artıq çətinlik çəkməyəcəklər. Həmçinin heyvanların sayının artırılması südün qiymətinin də getdikcə aşağı düşməsinə təsir edəcək”.

 

 

 

Yeni Musavat

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır (+FOTOLAR) 17:49, 18 noyabr 2019
Əməliyyat təliminin son mərhələsi keçirilib (+FOTOLAR, +VIDEO) 16:01, 18 noyabr 2019
Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar (+FOTOLAR) 11:19, 18 noyabr 2019
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib (+FOTOLAR,+VIDEO) 02:04, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir (+FOTOLAR, +VIDEO) 01:43, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir (+FOTOLAR,+VIDEO) 01:21, 16 noyabr 2019
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib (+FOTOLAR) 00:47, 16 noyabr 2019
İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib (+FOTOLAR) 19:24, 15 noyabr 2019
İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib (+FOTOLAR) 17:55, 15 noyabr 2019
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 12:08, 15 noyabr 2019
Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib (+FOTOLAR) 11:59, 15 noyabr 2019
Azərbaycan "Özbəkistan bizim ümumi evimizdir" Festivalında təmsil olunub (+FOTOLAR) 11:50, 15 noyabr 2019
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 11:41, 15 noyabr 2019
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi (+FOTO) 01:32, 15 noyabr 2019
“Sərhədsiz muzey” (+FOTOLAR) 01:16, 15 noyabr 2019
Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğuna aid “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib (+FOTOLAR) 01:18, 13 noyabr 2019
BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub (+FOTOLAR) 18:54, 12 noyabr 2019
Bakı Musiqi Akademiyasında BMA-nın professoru, Xalq artisti, Şöhrət ordenli Yalçın Adıgözəlovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu (+FOTOLAR) 18:47, 12 noyabr 2019
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başladı (+FOTOLAR, +VIDEO) 18:09, 12 noyabr 2019
Mehriban Əliyevadan Bayraq Günü paylaşımı (+VİDEO) 17:34, 12 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə