Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl-Nəhyan vəfat edib. Xəlifə bin Zayed Əl-Nəhyanın 73 yaşında dünyasını dəyişdiyi bildirilir. 2004-cü ildə BƏƏ-nin yeddi əmirlikdən ibarət Ali Şurası onu beş il müddətinə prezident seçib. Bundan sonra Xəlifə Əl-Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar prezident seçilib. 2010-cu ildə açılışı olan dünyanın ən hündür binası olan “Burc Xəlifə” onun adını daşıyır. General-leytenant rütbəsi olan Əl-Nəhyanın iki oğlu və altı qızı var.
Bütün hüquqlar qorunur © 2024