Təqvim
Azərbaycanda bu cərimələr SƏRTLƏŞDİRİLƏCƏK
06 may 2022 - 19:37

Heyvanlarla rəhmsiz rəftarla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu sahədə ciddi və fundamental problemlərin həllinə yönəlmiş qanunvericilik layihələrinin hazırlanmasına start vermişik. Bunun üçün beynəlxalq təcrübə təhlili aparılıb, Türkiyə, Rusiya və digər ölkələrin qanunvericiliyi araşdırılıb. Statistikalara nəzər salsaq görərik ki, rəhmsiz rəftar, heyvanlara işgəncə verilməsi ilə bağlı ölkəmizdəki qanunvericilikdə çox ciddi boşluqlar var. Halbuki beynəlxalq qanunvericilikdə həmin fəaliyyətlə bağlı ciddi sanksiyalar nəzərdə tutulub. Ukraynada, Belçikada həmin fəaliyyətlə məşğul olanlar iki, Almaniyada üç ilə qədər azadlıqdan məhrum edilirlər, Niderlandda 20 min avroya qədər cərimə tətbiq olunur. Türkiyədə ötən il bununla bağlı cinayət məcəlləsində dəyişiklik edildi və həmin fəaliyyətlə əlaqədar olaraq sanksiyalar kifayət qədər sərtləşdirildi. Göründüyü kimi beynəlxalq qanunvericilikdə heyvanlara qarşı münasibət tam fərqlidir. Həmin yanaşmanı ölkəmizdə də tətbiq etməyi planlaşdırır və bunu mərhələli şəkildə etməyi düşünürük.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

 

Nazirliyin şöbə müdirinin sözlərinə görə, Azərbaycanda İnzibati Xətalar Məcəlləsində heyvanlarla rəhmsiz rəftara görə sanksiyalar 500 manat məbləğində müəyyənləşdirilib: “Bu, kifayət qədər çox az məbləğdir. O cümlədən bu sahədəki pozuntularla bağlı bizim inzibati tədbirlərimiz öz təsirini tam effektiv göstərmir. İctimaiyyətin bu sahədə qınağı son vaxtlar aktuallaşıb. Bu da heyvanlara qarşı rəhmsiz rəftarla mübarizədə bizə çox ciddi problemlər və məhdudiyyətlər yaratmış olur. Bu səbəbdən biz İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin genişləndirilməsi ilə bağlı paket şəklində qanunvericilik layihəsi formalaşdırmışıq. Rəhmsiz rəftar anlayışının qanunvericilikdə daha geniş əks edilməsi ilə bağlı olaraq layihəyə müddəalar əlavə etmişik. Çünki heyvanlara qarşı hansı davranışın məhz rəhmsiz rəftar olaraq qiymətləndirilməsində həm vətəndaşlar, həm də dövlət orqanları ciddi problemlərlə üzləşirlər. Məqsədimiz sanksiyaların da kifayət qədər sərtləşdirilməsidir. Gələn həftədən həmin layihənin ictimai müzakirəsini açıq elan edəcəyik. Altmış gün müddətində biz bütün vətəndaşları aktiv iştirak etməyə, bu sahədə onların haqlı narazılıqlarının aradan qaldırılması üçün birgə fəaliyyətə dəvət edirik”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə