Rusiya qonşusuna sanksiya qoyacağını rəsmən bəyan etdi Rusiya prezidenti Vladimir Putin “Ukraynanı dost olmayan əməllərinə görə” cəzalandırmaq məqsədilə xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb. "Bİ" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. Fərmanda deyilir ki, Rusiya milli maraqlarını qorumaq və sanksiyalar tətbiq etməklə Ukraynanın beynəlxalq hüquqa zidd əməllərinə bir cavab verməyi qərara alıb. İqtisadi sanksiyalar Ukrayna vətəndaşlarına və Ukrayna şirkətlərinə qarşı məhdudlaşdırıcı təbdirləri özündə əks etdirəcək. Bununla yanaşı, fərmanla hökumətə tapşırılır ki, xüsusi tədbirlərin siyahısını hazırlayaraq, təqdim etsin.
Bütün hüquqlar qorunur © 2024