Təqvim
Baş nazirdən əmək pensiyaları ilə bağlı QƏRAR
29 aprel 2022 - 18:47

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilib.

 

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qaydalarda əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan vətəndaşları və s. tərəfindən edilən müraciətlərə baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks olunub.

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada hesablanır.

 

Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmaqlarından ibarətdir. Bu halda şəxslərin pensiya təyin edən orqana müraciətləri daxil olmadan və müvafiq sənədləri təqdim edilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial internet portalı üzərindən onların əmək pensiyası hüququ yarandığı gün müvafiq komputer-proqram təminatı vasitəsilə əmək pensiyası elektron qaydada təyin edilir və həmin şəxslərin məlumat bazasında olan əlaqə vasitələrindən birinə bildiriş göndərilir.

 

Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün 2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının hesablanması şərtləri əks etdirilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə