Ukrayna Milli Qvardiyasının əsgərləri Kiyev vilayətində rus işğalçılarının döyüş silah-sursat anbarını tapıblar. Bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb. “Bu gün Ukrayna Milli Qvardiyasının hərbçiləri Kiyev vilayətinin Korolivka kəndində xidmət apararkən rus işğalçı qüvvələrinin silah-sursat anbarı yaratdıqları yeri aşkar ediblər. Hadisə yerindən 100 qutu 125 kalibrli mərmi aşkar edilib”, - məlumatda deyilir.
Bütün hüquqlar qorunur © 2024