Təqvim
Rusiya-Ukrayna müharibəsi bir neçə il çəkə bilər - NATO-nun baş katibi
06 aprel 2022 - 19:56

Rusiya Prezidenti Vladimir Putin öz qüvvələrini Ukrayna torpaqlarından çıxararaq bu müharibəyə son verməli və müstəqil, suveren ölkə olan Ukraynaya hücumunu dayandırmalıdır.

Bunu NATO Baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından öncə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya Prezidenti xoş niyyətlə danışıqlar masasına oturmalı və yekun siyasi həll yolu üçün çalışmalıdır.

“Eyni zamanda, biz realist olmalıyıq və anlamalıyıq ki, bu müharibə uzun müddət davam edə bilər, bir neçə ay və hətta bir neçə il çəkə bilər. Ona görə də biz uzun yola hazır olmalıyıq. Biz Ukraynaya dəstək verməli, onu gücləndirməli, sanksiyaları qüvvədə saxlamalıyıq”, - Yens Stoltenberq qeyd edib.

Baş katib vurğulayıb ki, bu gün NATO XİN başçıları iclasda uzun müddətli perspektivləri müzakirə edəcək: “Mən başa düşürəm ki, bu müharibənin nə zaman bitməsindən asılı olmayaraq, onun bizim təhlükəsizliyimiz üçün təsirləri olacaq. Çünki biz qəddarlığı, Prezident Putinin öz məqsədlərinə çatmaq üçün gücdən istifadə istəyini gördük. Bütün bunlar Avropada təhlükəsizlik reallığını dəyişdirdi. Buna görə də biz NATO daxilində proses başlatdıq, hərbi komandanlığımıza göstəriş verdik ki, siyasi liderlərə öz ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı qərarlar almaq üçün öz tövsiyələrini versinlər. Ukraynanın işğalı bizim üçün oyanış siqnalı oldu”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə