Rusiya ordusu Ukraynada səhvən öz öz təyyarələrindən birini vurub. Bunu "Reuters" xəbər verib. Böyük Britaniyanın GCHQ kəşfiyyat təşkilatının rəhbəri Ceremi Fleminq bu barədə məlumat verib. O bildirib ki, Ukraynadakı bəzi rus əsgərləri əmrləri yerinə yetirməkdən imtina edir, ruhdan düşüb və zəif təchiz olunub. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. GCHQ rəhbəri hesab edir ki, Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar.
Bütün hüquqlar qorunur © 2024