Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya 2000-ə yaxın hərbi qulluqçu köçürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. “Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tərkibinə daxil olan 4-cü (Tsxinvali vilayəti, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələri Gürcüstanın işğal olunmuş ərazilərindən Ukrayna ərazisinə köçürülüblər”. Bildirilir ki, 4-cü hərbi bazadan üç batalyon taktiki qrup (ümumi sayı 1200-ə qədər), 7-ci hərbi bazanın bölmələrindən isə iki batalyon taktiki qrup (təxminən 800 nəfərdən ibarət) yaradılıb.
Bütün hüquqlar qorunur © 2024