Hollandiyalı alimlər ilk dəfə insan qanında mikroplastik hissəciklər aşkar ediblər. İnsanların demək olar ki, 80 faizində tapılan hissəciklər bədəndə dövr edərək orqanlarda yerləşə bilirlər. Hollandiya alimləri 22 donordan alınan qan nümunələrini analiz edib və 17 nümunədə plastik hissəciklər aşkar ediblər. Müəyyən edilib ki, hissəciklərin tərkibində plastik şüşələrdə və plastilinin tərkibində mövcüd olan polistirol olub. Qan nümunələrinin dörddə birində plastik torbaların hazırlandığı polietilen aşkar edilib ki, bu da insan sağlamlığı üçün təhlükə yarada bilir. Tədqiqatçılar orqanizmə daxil olan mikroplastiklərin insan hüceyrələrinə zərər vurmasından və hər il milyonlarla insanın vaxtından əvvəl ölümünə səbəb olmasından narahatdırlar.
Bütün hüquqlar qorunur © 2024