Müharibə davam etdiyi vaxtda Ukrayna ordusu sıralarında Amerika əsgərlərinin döyüşdüyü müəyyən edilib. Ukrayna lideri Volodimir Zelenskinin çağırışından sonra minlərlə döyüşçü ukraynalılar tərəfdən savaşa qoşulub. Dünyanın bir çox ölkələrindən Ukraynaya gələn əcnəbilər ordu sıralarına qatılaraq Rusiyaya qarşı döyüşür. Ukrayna ordusuna qatılan əcnəbilər arasında Amerikalı döyüşçülər də var. Amerika əsgərlərinin paytaxt Kiyev yaxınlığındakı kəndin rus ordusundan təmizlənməsi əməliyyatına qatılmasını əks etdirən görüntülər yayılıb. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski xarici ölkələrə müraciət edərək, əcnəbiləri Rusiya hücumlarına qarşı döyüşə çağırıb. Zelenskinin çağırışdan sonra Avropa və ABŞ başda olmaqla dünyanın bir çox ölkəsindən Ukraynaya döyüşçülər gəlməyə başlayıb. Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya üz tutan könüllülərin sayının 16 min nəfərdən çox olduğu bildirilir.
Bütün hüquqlar qorunur © 2024