Hakim “Vahid Rusiya” partiyasından olan Dövlət Dumasının deputatlarına fraksiya rəhbəri Vladimir Vasilevin icazəsi olmadan Rusiyanı tərk etmək qadağan edilib. Onun imzaladığı təlimata görə, deputat xaricə getmək istəyirsə, fraksiya rəhbərinə hansı ölkəyə və nə vaxt gedəcəyi, həmçinin səyahətinin məqsədini göstərilməklə ərizə verməlidir. Qayda işgüzar səfərlərə şamil edilmir. Fraksiya rəhbəri deputata şifahi şəkildə getməyə icazə verə bilər. Bildirilib ki, qaydalar yalnız Dövlət Dumasının deputatlarına şamil edilir, qalan partiya üzvlərindən isə hələlik səfərlərini partiya rəhbərliyi ilə əlaqələndirmək tələb olunmur. Qeyd olunub ki, bu qayda artıq bir neçə aydır ki tətbiq edilib, lakin bu barədə yalnız indi məlum olub.
Bütün hüquqlar qorunur © 2024