Martın 20-də "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə əlaqəli olan daha bir silahlı qrup Ukraynaya gəlib. Cinayətkarların əsas vəzifəsi ölkənin ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir. Bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında kəşfiyyat xidməti özünün "Telegram" kanalında məlumat yayıb. "Muzdluların əsas hədəfi Volodimir Zelenski, Andrey Yermak, Denis Şmıxaldır", - məlumatda bildirilib. Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, Zelenskiyə qarşı artıq on dəfədən çox sui-qəsd cəhdi olub.
Bütün hüquqlar qorunur © 2024