LG Electronics şirkəti Ukraynadakı hərbi təcavüzə görə Rusiyaya bütün tədarükləri dayandırır. Cənubi Koreya brendi Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulur. Şirkət Ukraynadakı müharibəyə reaksiyasını gecikdirirdi, lakin ictimaiyyətin təzyiqi altında bunu açıqlamalı oldu və Rusiya bazarından çıxdığını elan etdi. “Biz bütün insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçiririk və LG humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır”, - LG Electronics-in rəsmi saytındakı bəyanatda deyilir. Qeyd edək ki, LG Electronics-in Rusiyada nəhəng zavodu var. Bu zavod 1450 işçisi ilə Avropanın ən böyüklərindən biridir. Onların hamısı tezliklə işdən çıxacaq. Artıq 300-dən çox şirkət Rusiya ilə əməkdaşlıqdan imtina edib.
Bütün hüquqlar qorunur © 2024