Fransa Prezidenti Emmanuel Makron geyim tərzi baxımından hazırda Avropada öz stilinə görə ən çox müzakirə olunan ukraynalı həmkarı Volodimir Zelenskidən nümunə götürməyə başlayıb. Bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb. Nəşr bildirir ki, Fransa Prezidenti daim ictimaiyyət qarşısına üzü təraş olmuş və kostyumu üzərinə qüsursuz yaraşan şəkildə çıxır. Lakin Emmanuel Makron yeni yayılan fotoları ilə özünün adət edilən tərzini bir kənara qoyduğunu deməyə əsas verib. Belə ki, sözügedən fotolarda Makron Yelisey sarayında kifayət qədər rəsmi olmayan geyimdədir. Məqalə müəlliflərinin fikrincə, Fransa Prezidenti son zamanlar videomüraciətlərində kifayət qədər sadə geyinən Volodimir Zelenskidən nümunə götürməyə qərar verib. Makronun geyim tərzinin belə anidən dəyişməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Makronun bu jestini təqdir etsələr də, onu qınayanlar da az olmayıb.
Bütün hüquqlar qorunur © 2024